PEDİATRDAN HAQLI ÜSYAN:

9-06-2023, 09:24           
PEDİATRDAN HAQLI ÜSYAN:
Məktəblərdə təhsilin səviyyəsi müzakirə olunmur, ancaq məktəblilərin forması, vahid forma müzakirəsi gündəmdən düşmür. Uşaqlar dərsdən bezib, davamiyyət aşağı, ancaq bu heç kəsi narahat etmir.

Tribunainfo.az xəbər verir ki, bu barədə həkim-pediatr Vaqif Qarayev öz fikrini bildirib. O qeyd edib ki, əgər davamiyyət aşağıdırsa və kitablar artıq yığılıbsa, məktəblər hələ də niyə açıqdır:

“Hər yay məktəbli formaları gündəmə gəlir, ancaq dərs ili başlayır vahid forma tapa bilmirik. Niyə axı təhsilin özü yox, məktəblinin forması müzakirə olunmalıdır? Bu il tədrisin müddəti də müzakirə mövzusudur. Hələ növbəti tədris ilinin 1 sentyabrdan başlayacağı da müzakirə edilir. Kitablar yığılıb, davamiyyət kəskin azalıb, amma məktəblər açıqdır… Məktəblərin 15 iyuna kimi davam etməsində israrlıdılar.

Niyə anlamaq istəmirsiniz ki, yorulur uşaqlar, əsəbi olurlar, yuxuları pozulur, kitab-dəftəri görmək belə istəmirlər. Kiçik istisnaları boş verin. Yuxarı sinif şagirdləri isə mart ayından buraxılış və qəbul imtahanı verib. Faktiki dərs keçmirlər. Bəs bu məktəblər kim üçün açıqdır?
Təhsil uşağın sağlamlığına ziyan verməməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru