Günə 20 “özəl xəbər” estafetinin fəsadları görünür...

10-06-2023, 10:57           
Günə 20  “özəl xəbər” estafetinin fəsadları görünür...
Günə 20 “özəl xəbər” estafetinə girən və buna görə dövlətdən maliyyə alan saytlarda yaşan problemlə bağlı yazmışdım. Bu planı doldurmaq üçün saytların əksəriyyəti sürətli tərcümə proqramından istifadə edirlər.
Belə olan halda, hərfi tərcümədə bir çox siyasi səhvlərə yol verilir və nəticədə informasiya məkanımıza lazımsız fikirlər və düşmən təbliğatı yol açmış olur. Mətndə işarələdiyim sonuncu cümləyə diqqət edin.
Azərbaycan öz suveren ərazisində sərhəd keçid postu quraşdırıb. Bəyəm bunun adı blokadadır? Bunun blokada olmasını erməni təbliğatı dünyaya dezinformasiya kimi sırımağa çalışır.
Məntiqlə, bizim media bunun yalan olduğu istiqamətində təbliğat aparmalıdır. Biz nəyin şahidi oluruq? Təəssüf ki, əvəzində biz paylaşdığıma bənzər xoşagəlməz hallarla tez-tez rastlaşırıq.
Yazının redaktə edilməməsi sonuncu cümlədə həm də nəzərə çarpan qrammatik səhvin olduğundan da aydın görünür. Çünki “bağlı” sözü yersiz olaraq iki dəfə işlədilib.
Bu saytla bağlı heç də xüsusi qərəzim yoxdur. Təsadüfən qarşıma çıxdı deyə paylaşdım. Digər saytlar da buna bənzər və daha pis nümunələrə rast gəlmək mümkündür…
Məhəmmədəli Qəribli
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru