Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

11-06-2023, 00:05           
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,1 milyard manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % çoxdur.

5 aylıq daxilolmaların 1,3 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,2 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 72,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,1 % artaraq 54 milyon manata çatıb.

5 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 17,9 % artaraq 370 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 % artaraq 260 milyon manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru