Xırdalanda məzun günündə müəllimə qızıl dəst taxıldı – VİDEO / AÇIQLAMA

12-06-2023, 00:14           
Xırdalanda məzun günündə müəllimə qızıl dəst taxıldı – VİDEO / AÇIQLAMA
Sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbində çəkilən görüntülər müzakirələrə səbəb olub. Belə ki, 4-cü siniflərin buraxılış tədbirində valideynlərin Yaqut Ağamalıyeva adlı müəllimə qızıl zinət əşyası vermələri ilə bağlı görüntülər yayılıb. İddia edilib ki, valideynlər hədiyyəni müəllimin tələbi ilə alıblar. Müəllimənin hədiyyəyə etiraz etməməsi və rahat şəkildə qəbul etməsi sosial media istifadəçiləri tərəfindən etirazla qarşılanıb.

Metbuat.az məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb. Məktəbdən bildirildi ki, həmin müəllimin 35 illik pedaqoji fəaliyyəti var və bu, valideynlər tərəfindən planlaşdırılan addımdır:
“Valideynlər qrupunda məsələni araşdırmışıq. Müəllimin heç bir xəbəri olmadan hədiyyə alıblar. O müəllimə imanlı xanımdır. Bu, məktəbimizə qarşı atılmış bir böhtandır. Bu xəbərdən sonra valideynlər bizimlə əlaqə saxlayaraq bildirdilər ki, bu yalan məlumatdır və hədiyyə valideynlər tərəfindən təşkil olunub. Hədiyyə müəllimə təqdim olunana qədər onun bundan xəbəri olmayıb”.

Məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan həmin görüntüləri təqdim edirik:
Zəruri qeyd: Təbrikdə 35 illik pedaqoji fəaliyyət barədə heç bir qeyd yoxdur. Cavabda qeyd edildiyi kimi imanlı müəllimə xanımın hədiyyəyə reaksiyasında gözlənilməzliklə bağlı bir hal müşahidə etmədik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.