Jurnalistdən Nazirə ritorik sual: "Heç bir standarta cavab verməyən və demək olar ki, yox sayılan ictimai nəqliyyat infrastrukturu ilə?"
13-06-2023, 11:05
Nazir Rəşad Nəbiyev taks xidmətinin manapoliyaya alınması ilə bağlə görülən tədbirlərə qəribə izahlar verib. Deyir ki, qiymət ucuz olduğu üçün vətəndaşlar 3 kilometrə qədər olan qısa məsafələri taksi ilə gedir. Güya qiyməti qaldırmaqla vətəndaşların piyada gəzməsini, onların sağlam olmasını stimullaşdırmaq istəyirlər. Əminəm ki, Rəşad müəllimin özü uzun müddətdir şəhərdə piyada gəzmir. Gəzsəydi görərdi ki, bunun üçün lazım olan səkilər məmurlar tərəfindən ticarət obyektlərinə satılıb. Sonra deyir ki, taksilər üçün ayrıca zolaq təşkil etməyi nəzərdə tuturlar. Bu da ”gözəl” təklifdir. Bir zolaq avtobusların olsun, biri taksilərin, təklif edirəm ki, birini də məmurların xidməti avtomobilləri üçün ayırsınlar. Digər vətəndaşlar da göylə uçar. Nazir ardınca qeyd edir ki, vətəndaşlar ictimai nəqliyyatın üstünlüyünü hiss etməlidir ki, şəxsi avtomobildən az istifadə etsin. Bunu nə ilə edəcəklər? Heç bir standarta cavab verməyən və demək olar ki, yox sayılan ictimai nəqliyyat infrastrukturu ilə? Məhəmmədəli Qəribli Teref.az