Gömrük Komitəsi məhkəmələri də saya salmır - VİDEO

13-06-2023, 19:26           
Gömrük Komitəsi məhkəmələri də saya salmır - VİDEO
Gömrük Komitəsi məhkəmələri də saya salmır - Səxavət Mustafayev kiçik sahibkardır. Deyir, Rusiyadan Azərbaycana vaqonlarla şüşə lövhələr gətirirmiş. 2015ci-ildə Dövlət Gömrük Komitəsi onun vaqonlarını içində məhsullarla bərabər təxminən 5 ay gözlədib. Şikayətçinin sözlərinə görə, vaqonların gözlədilməsi ona maddi ziyan vurub.

Məhkəmə qərarı şikayətçinin lehinə çıxarılsa da, icra edilmir. S.Mustafayev deyir, yanvar ayının 10-dan qüvvəyə minən qərarın icrasını hələ də gözləyir.

Bakı İnzibati Məhkəməsi qərarın icrası üçün hansı addımları atıb? Məsələ ilə bağlı məhkəmədən Toplum TV-ə bildirildi ki, mediaya deyil, yalnız vətəndaşın özünə məlumat verə bilərlər. Dövlət Gömrük Komitəsi də Toplum TV-nin sorğusuna cavab verməyib, vətəndaşın müraciətinə yazılı cavablarında isə deyiblər ki, sözügedən cəriməni ödəmək qurumun 2023-cü il büdəsində nəzərdə tutlmayıb. Amma 2024-cü il ərzində bu məbləğ vətəndaşa ödənəcək.

Toplum TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru