XƏBƏRDARLIQ: Ölümcül istilər olacaq

21-06-2023, 11:08           
XƏBƏRDARLIQ: Ölümcül istilər olacaq
Avropanı dəhşətli istilər gözləyir.

Publika.az xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı və Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin bazar ertəsi yayımlanan geniş hesabatında Avropanı daha bir ölümcül iqlim dəyişikliyinə səbəb olan istivurmanın gözlədiyi qeyd edilir.

Hesabatda quraqlığın təsirləri, dəniz səthinin rekord temperaturu və buzlaqların görünməmiş əriməsi haqqında danışılır.

Vurğulanır ki, 1980-ci illərdən bəri qlobal istiləşmənin iki dəfə yaşandığı qitədə keçən il Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya və Böyük Britaniya kimi ölkələr rekord istini qeydə alıb.

1800-cü illərin ortalarından etibarən dünya orta hesabla təxminən 1,2°C istiləşib və bu, daha intensiv istilik dalğaları, bəzi ərazilərdə isə daha şiddətli quraqlıqlar və şiddətli fırtınalara səbəb olub.

Bildirilir ki, 1991-ci ildən 2021-ci ilə qədər 30 il ərzində qitənin temperaturu 1,5 selsi dərəcə artıb.

Hesabatda deyilir ki, keçən il isti dalğaları 16 mindən çox insanın ölümünə səbəb olub. Daşqınlar və fırtınaların vurduğu zərər isə hava və iqlim ekstremallarından dəyən 2 milyard dollarlıq ziyanın böyük hissəsini təşkil edib.

Mehti Kamiloğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.