Azərişıq ASC, Sumqayıt RETSİ-nin rəisi Həbib "zizov himayəsində sağlamlıq imkanları məhdud ana ilə ədavəti
21-06-2023, 15:29

Azərbaycan Respublikasının Prezidenti
Hörmətli İlham Əliyev Cənablarına
surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Hörmətli Mehriban Əliyevaya
surəti: Azərbaycan Respublikasının Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədova
surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman
Hörmətli Səbinə Əliyevaya
surəti: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Bahar Muradovaya
surəti: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə
surəti: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
Cənab Vəli Quliyevə
surəti: Həmkarlar İttifaqları Konfederasiyasına
surəti: “Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin hesabatların hazırlanması bölməsinin texnik-operatoru Cavadova Jalə Əli qızı tərəfindən
Ünvan : Sumqayıt ş., 2-ci mk., ev-27/69B, m.-24
“Azərişıq” ASC-nin “Sumqayıt” RETSİ-nin rəisi həbib əzizov “cənabları” tərəfindən məzuniyyət hüquqlarım pozulduğu üçün Əmək və Əhalinin Sosial müdafiəsi Naziri cənab Sahil Babayevə şikayət etməyimə baxmayaraq, bu günə qədər bu haqda heç bir tədbir görülməyib.
Müraciətimin araşdırılması ilə bağlı mənə Dost mərkəzlərindən birinə yaxınlaşmağım tövsiyə edilirlər. Himayəmdə sağlamlıq imkanları məhdud, autizm xəstəsi olan azyaşlı övladımın müalicəsi ilə məşğulam. Mənim Dost mərkəzlərinə yaxınlaşmağa nə vaxtım var, nə də imkanım.
Bu Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifə borcudur. Dövlət onlara hər cür şərait yaradıb. Nəqliyyat vasitələrinə kimi təchiz olunsalar da bircə dəfə idarəyə gəlib şikayətimi araşdırmırlar. Hüquqlarımı pozanlardan izahat almayıblar, barələrində tədbir görmürlər.
Həmkarlar İttifaqları Komitəsi də onlardan “geri qalmır”. İşçinin qanuni hüquqlarını qorumayan bu qurumlar kimə lazımdır ?!
Sağlamlıq imkanları məhdud övladımın müalicəsinə görə, habelə qrafik üzrə növbəti məzuniyyətimin 2023-cü ilin iyul ayında olmasını nəzərə alaraq işəgötürənə rəsmi qaydada müraciət edərək 03.07.2023-cü ildən növbəti məzuniyyət istəmişəm. Məzunyyət ərizəm 09.06.2023-cü ildə işəgötürənə çatdırılsa da bu günə qədər nəticəsi barədə məlumat ala bilmirəm. Bu gün Dövlət səviyyəsində sağlamlıq imkanları məhdud uşaqlara diqqət, qayğı göstərilir.Himayəsində sağlamlıq imkanları məhdud valideynlərə qanunvericlikdə bir çox güzəştlər tətbiq edilir.
Çox Hörmətli Mehriban Xanım Əliyeva və Onun rəhbəri olduğu “Heydər Əliyev Fondu” bu məsələyə xüsusi həssaslıqla yanaşır. Lakin “Azərişıq” ASC-nin bəzi məsul şəxsləri Qanunları və bütün ali dəyərləri ayaqlayıb xəstə övladı olan anayala prinsip apararaq, qeyr-insani rəftarları ilə “seçilirlər”. Himayəsində sağlamlıq imkanları məhdud anayla prinsip aramaq hansı insanlığa, hansı kişiliyə sığar ?! Xəstəlik vərəqələrimi qəbul etməkdən imtina edənlər, pulunu verməyəcəm deyənlər Cənab Prezidentə etdiyim şikayətdən sonra pulumu ən qısa zamanda verdilər.
Tam olaraq Cənab Prezidentin paşinyana dediyi kimi, “nə oldu bəs deyirdin vermirəm niyə verdin” ? Xəstəlik vərəqələrimin pulunu verdikləri kimi məzuniyyətimi də verəcəklər !
Mən hüquqlarımı qoruyan Dövlətimə və Müzəffər Ali Baş Komandanıma güvənirəm.
Xahiş edirəm “Azərişıq” ASC tərəfindən pozulan məzuniyyət hüququmun bərpa edərək, əmək hüquqlarımı pozan məsul şəxslər barəsində tədbir görəsiniz.
Öncədən Sizə minnətdaram.