Türkiyədə həbs edilən tiktokerlər arasında “Sədərək Yusif”in oğlu da var – İDDİA

21-06-2023, 16:18           
Türkiyədə həbs edilən tiktokerlər arasında “Sədərək Yusif”in oğlu da var – İDDİA
Türkiyədə xeyli sayda tiktokerin həbs edilməsi barədə xəbər vermişdik.

RealMedia.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlar arasında azərbaycanlı tiktokerlər də var.

İddia olunur ki, saxlanılanlardan biri “TikTok”da “By MG” niki ilə tanınan Mehman Qədimbəyli də var.

Qeyd edək ki, M.Qədimbəyli Sədərək Ticarət Mərkəzinin sahiblərindən biri kimi tanınan Yusif Qədimbəylinin oğludur.

Onu da qeyd edək ki, M.Qədimbəyli Prezidentin sabiq köməkçisi Əli Həsənovun köməkçisi olub.

M.Qədimbəylinin saxlanılıb saxlanılmadığını dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru