Azərbaycanda bu da oldu: Vətəndaş özündən xəbərsiz işləyir... - BELƏ HARA GEDİRİK?
22-06-2023, 09:15
Elə bil dönəmə gəlmişik ki, "gündə bir söz eşitməsə, qulaq kar olar" dönəmindəyik sanki... Bəli, bu dəfə də DİA.AZ olaraq sizlərə nonsens xarakterli bir məlumatı paylaşırıq. Azərbaycanda vətəndaş özündən xəbərsiz bir şirkətdə çalışdırıldığını iddia edərək gileylənir. Beləliklə... "Şikayətim Var" sosial qrupundakı paylaşımında Rüfət Məmmədzadə adlı istifadəçi belə giley edir:
"Kimsə mənim məlumatım olmadan məni "Nicky Company MMC" adlı bir şirkətə aviokassir vəzifəsinə işə götürüb. Bu barədə bu günə kimi məlumatım olmayıb. 1 ay qabaq bir iş üçün müraciət etmişdim və bu gün mənə "siz artıq portalda işləyən kimi görsənirsiniz" dedilər.
Girib portala yoxladıqda həqiqətəndə işləyən kimi qeyd olunduğumu gördüm.
İndi müraciət etdiyim orqan mənə o işdən imtina edib, xaric olmadan bu işə qəbul ola bilməyəcəyimi bildirir.
Mən o adıma açılmış yalançı işdən necə xaric ola bilərəm?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...