"Kubinka"dakı söküntüdə problem: Sakinlər bu qədər kompensasiya istəyir

22-06-2023, 14:45           
"Kubinka"dakı söküntüdə problem: Sakinlər bu qədər kompensasiya istəyir
Bakıda Nəsimi rayonu ərazisində "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı məsələ dalana dirənib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, buna səbəb evləri plana düşən yerli sakinlərlə söküntü işini aparan şirkət arasında razılıq əldə olunmamasıdır.

Belə ki, "Kubinka" ərazisində bəzi sakinlər söküləcək evləri müqabilində onlara veriləcək hündürmərtəbəli binadan mənzillə razılaşıblar. Digər qrup sakinlər isə söküləcək evləri müqabilində onlara kompensasiya verilməsini tələb edir. Onlar yeni binalardan mənzil istəməyərək evlərinin müqabilində pul verilməsini istəyirlər.

Qeyd edək ki, tikinti işini aparan "RR Constructions" şirkəti sakinlərin yeni binalardakı evlərə yerləşdirənə qədər onlara kirayəpulu da təklif edir. Lakin bir qrup sakin nə yeni mənzil, nə də kirayəpulu ilə razılaşmır, söküləcək evləri müqabilində 3 min manat kompensasiya istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru