Hərbçimizin övladı ağır xəstəlikdən əziyyət çəkir - Yardıma ehtiyacı var - FOTO

22-06-2023, 15:56           
Hərbçimizin övladı ağır xəstəlikdən əziyyət çəkir - Yardıma ehtiyacı var - FOTO
Azərbaycan Ordusunun hərbi qulluqçusu Süleyman Sultanovun övladı ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Bakupost.az –a müraciət edən 15 yaşlı Səkinənin anası Ulduz Süleymanova bildirir ki, həyat yoldaşı 1998-ci ildən hərbi həkim vəzifəsində xidmət edir:
“Ömrünün ən gözəl 25 ilini ön cəbhədə Vətənimizə həsr edib. Həm xidmət etdiyi dövr ərzində, həm də 44 günlük Vətən Müharibəsi zamanı onlarla zabit və əsgərimizin həyatını xilas edib. Hazırda Laçın rayonunda xidmət edir. Aylarla Sumqayıtda yerləşən evimizə gələ bilmir. Buna görə də uşağın müalicəsi ilə məşğul ola bilmirik”.
Övladının uzun müddətdir ağır beyin xəstəliyindən əziyyət çəkdiyini bildirən U. Sultanova deyir ki, dövlət qurumlarına dəfələrlə müraciət etsə də, övladının müalicəsi üçün heç bir köməklik göstərilmir.
O, həyat yoldaşının hərbi qulluqçu olduğunu, övladlarının xəstəliyi səbəbindən sosial vəziyyətlərinin pis olmasını və növbəti müalicələr üçün pul vəsaitlərinin olmadığını nəzərə alaraq son ümid yeri olaraq Səkinənin müalicəsinə xüsusi diqqətin ayrılması üçün Prezident İlham Əliyevdən və Birinci xanım Mehriban Əliyevadan xahiş edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru