Özünün keyfiyyətsiz xidməti ilə diqqətə gələn "UniBank"ın daha bərbad fəaliyyətli qolu olan "Leo Bank"dan müştəri gileyləri durmadan artmaqdadır. DİA.AZ olaraq həmin vətəndaş müraciətlərindən növbətisini təqdim edirik...
Azər Vəli adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında yazır:
"`Leobank` hesabımdan pul oğurlanıb. Bu barədə hara müraciət edə bilərəm? Xahiş edirəm bilən yazsın... Hansısa biqeyrət özünə yemək "zakaz" verib "Bolt food"dan..."
Qeyd edək ki vətəndaş isbat üçün fotofakt da təqdim edib:
Onu da bildirək ki, "Leo Bank"da müştərilərin pullarının oğurlanması ilə bağlı bu ilk və son fakt deyil. Hər halda görünəni budur...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...