Ekspertdən ilginc açıqlama: "Azərbaycana ucuz, kasıb turist lazım deyil"

24-06-2023, 11:28           
Ekspertdən ilginc açıqlama: "Azərbaycana ucuz, kasıb turist lazım deyil"
"Azərbaycana ucuz, kasıb turist lazım deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, Azərbaycana təyyarə ilə gələn vətəndaşlar daha maraqlıdır:

"Quru sərhədlə Azərbaycana kim gələcək? Ya Rusiya, ya İran, ya da Gürcüstan vətəndaşları, onlar da Azərbaycanda çox pul xərcləyən deyil. Ona görə də quru sərhədlə Azərbaycana gələn turistlər bizim üçün maraqlı deyil”.

Əkrəm Həsənov Azəraycana güclü turust axınının olmadığını etiraf edib:

"Bir ara ərəblər gəlirdi, onları da gözümçıxdıya saldıq. İndi onlar da gəlmir. Hesab edirəm quru sərhədlərin bağlı olmasından ancaq Azərbaycan vətəndaşları əziyyət çəkir. Vətəndaşlar Rusiya, Türkiyə və Gürcüstana gedə bilmir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru