İranlı iş admına məxsus çipsi istehsalçısı Texnoparkı niyə məhkəməyə verib?

25-06-2023, 08:43           
İranlı iş admına məxsus çipsi istehsalçısı Texnoparkı niyə məhkəməyə verib?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP-Texnopark) rezident şirkəti ilə olan “Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsi barədə maraqlı məlumat əldə etmişik.
Qaynarinfo-ya daxil olan məlumata görə, “Tak Noosh Group” MMC iranlı iş adamlarından birinə məxsus şirkətdir. Maraqlıdır ki, şirkət Azərbaycanda fəaliyyət göstərsə də, Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında adı çıxmır.
Texnoparkın rezidenti olan bu şirkət çipsi istehsalçısıdır və Azərbaycanda çipsi istehsal etməliymiş.
Texnoparkla “Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsində iddiaçı bu şirkətdir.
Məlumata görə, məhkəmə çəkişməsinin səbəbi YTP-nin müqavilə öhdəliklərinə əməl etməməsi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru