Məhkəmələrdə bank kreditləri ilə bağlı işlərin dəhşətli statistikası
12-07-2016, 18:53
“2014-cü ildə Azərbaycan Respublikasının Məhkəmələrində 153 606 mülki işə baxılmışdır, bu işlərdən kredit, borc münasibətləri üzrə 95 454 mülki iş üzrə qərar (qətnamə və əmr) qəbul edilmişdir. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü il üçün ümumi baxılan işlərin 62%-ni təşkil edir.
2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılmışdır və 2014-cü illə müqayisədə işlərin həcminin birdə-birə artması məhz kredit münasibətlərindən irəli gələn işlərlə bağlıdır. Keçən il baxılan mülki işlərdən 171 664 iş təssüf ki kredit münasiətlərindən irəli gələn işlər olmuşdur, bu isə ümumi işlərin həmin il üçün 75, 15 faizini təşkil edir.
Bu ilin ilk 6 ayı üçün rəqəmlər açıqlanmayıb hələ, lakin şəxsi müşahidələrim onu göstərir ki, rəqəmlər artmaq tempi ilə davam edir”.
Bu açıqlamanı Bizimyol.info saytına vəkil Cavad Cavadlı verib. O bildirib ki, 2015-ci il üçün statistik rəqəmlər Dövlət Statistika Komitəsinin saytına yüklənmədiyindən sorğu vasitəsi ilə əldə edib. “Son aylarda müşahidələrim məhkəmədə baxılanmülki işlərin əsas hissəsinin kredit münasibətlərindən irəli gələn işlər olması və bu halın ölkədə bankların problemli kreditlərinin faizinin elan edildiyindən də yüksək olmasına dair şübhələr yaradırdı. Rəsmi statistik məlumatları əldə etdikdən və müqayisə və təhlil apardıqdan sonra durumun acınacaqlı olması açıq aydan görünür. Bu tendensiya çox təhlükəlidir və bu qədər kredit münasibətləri üzrə qəbul edilmiş qərarların tam icrası praktiki olaraq mümkünsüzdür, çünki buna nə icra məmurlarının ştatı, nədə ki, fiziki imkanları yetərli deyil”.
Vəkil vurğulayr ki, kredit münasibətlərindən irəli gələn işlərin belə böyük həcmi məhkəmələrdə baxılan digər işlərinin keyfiyyətini aşağı salır və məhkəmələrin bank işləri ilə yüklənməsi süründürməçiliyə səbəb olur. “Məhkəmələrdə bu işlərin sayının azaldılması qanunvericiliyə dəyişiklik edilməsi və işlərin məhkəmədən aılnmasıdır. Mövcud qanunvericilikdə notariusun icra qeydi əsasında notariat qaydada bağlamış borc müqavilələrini, həmçinin ipoteka ilə yüklü edilmiş əmlakın yönəltmə prosedurunun başlanması mümkündür, lakin bu alternativ hüquq olaraq verilib, yəni şəxslərin birbaşa pul tutulması üçün məhkəməyə müraciət etməsini istisna etmir. Rusiyada bununla bağlı qanunvericikdə dəyişiklik edilib, lakin dəyişiklər qüvvəyə minməmiş bununla bağlı çoxlu sayda narazılıqlar artıbdır. Qanunvericiliyin hətta mükələmməlşirib həmin işlər məhkəmədə baxılmasa belə qəbul edilmiş notariusun icra qeydləri son olaraq icra məmurlarına təqdim olunacaq və mövcud ştat sayı ilə, hətta ştatlarının bir neçə dəfə artırıldığı halda belə bu qədər həcmin vaxtında və dəqiq icrası inandırıcı görünmür” – vəkil qeyd edir.