Agentliklə Mahmudova məxsus olduğu deyilən şirkət arasında sövdələşmə

2-12-2023, 07:14           
Agentliklə Mahmudova məxsus olduğu deyilən şirkət arasında sövdələşmə
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İndiqo” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 24 178,2 AZN olan müqavilədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tələbatı üzrə müxtəlif növ promo malların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.
İddialara görə, “İndigo” MMC şirkətinin payçılarından biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovdur. O, əvvəllər “Halal” MMC-də işləyib, daha sonra “İndigo” mətbəəsini yaradıb.
Nizami Şirinovun “İndigo”nu yaratmasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun xüsusi dəstəyi olub. Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.