Xındırıstanda tullantılar yollarda qalıb – Fotolar

6-12-2023, 07:34           
Xındırıstanda tullantılar yollarda qalıb – Fotolar
Ağdamın ən böyük kəndlərindən biri olan Xındırıstanda tullantılar yollarda qalıb.
Bu barədə Yeniavaz.com-a məlumat verən kənd sakinləri bildirirlər ki, aidiyyəti qurumlar sözügedən problemin həllində aciz qalıblar.
Sakinlər deyirlər ki, kənddəki insanların əsas məşğuliyyəti heyvandarlıqdır və tövlələrdən çıxan təbii tullantıları küçəyə atmaq məcburiyyətində qalırlar:
“Çünki zibili atmaq üçün nə zibil qabları, nə də təyin olunmuş bir yer var. Küçələrə atılan peyin isə vaxtında götürülmədiyindən avtomobillərin hərəkətinə də maneçilik törədir”.
Xındırıstan sakinləri bildirirlər ki, müvafiq icra orqanı və bələdiyyə məsuliyyəti bir-birlərinin üzərinə ataraq yayınmağa çalışırlar.
Kənd bələdiyyəsindən Yeniavaz.com-a bildirilib ki, əraziyə tökülən tullantılar kənd sakinlərinindir:
“Onlara 3 gün vaxt verilib ki, tökdükləri peyinləri götürsünlər. Əslində bunu biz götürərik, amma sakinlər bu peyinləri öz əkin sahələrində gübrə kimi istifadə edirlər. Texnikaları olmadığına görə yığıb birdəfəlik aparırlar. Bu da digər sakinlər arasında problem yaradır”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru