ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?

8-12-2023, 11:04           
ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?
Bir neçə gün öncə 5 qurum birləşərək innovasiya və ekosistemə dəstək məqsədilə memorandum imzalayıb.
Memoranduma Təhsilin İnkişaf Fondunun rəhbəri də imza atıb, elm və təhsil naziri də mərasimdə iştirak edirdi.
Açıqlanan məlumatlardan, həmçinin ETN-in SABAH.HUB İnnovasiya Mərkəzinin açıqlamasından belə qənaətə gəlmək olurdu ki, bu memorandumun təşəbbüsçüsü elə SABAH.HUB olub və memorandumdan irəli gələn məsələlərin idarəetməsini də bu qurum aparacaq.
Belə bir məqamda isə maraqlı bir sual yaranır. Görəsən Prezidentin fərmanı ilə ötən il ETN tabeliyinə verilən AMEA-nın Yüksək Texnoligiyalar Parkı (YTP) da SABAH.HUB tabeçiliyə veriləcəkmi?
Məntiqlə düşünmək olar ki, nəinki veriləcək, bəlkə də artıq verilib ?
Əgər 5 nəhəng qurum öz resurslarını ekosistemin inkişafı məqsədilə SABAH.HUB tərəfindən gerçəkləşdiriləcək layihələrə dəstək üçün birləşdiriblərsə, onda bu sahə ilə əlaqəli ETN tabeliyində olan qurumun kənarda, necə deyərlər separat olaraq fəaliyyət göstərməsi də məntiqsiz olardı.
Xatırladıram ki, hazırda bu teknoparkın nəzdində 12 investisiya layihəsi üzrə 11 rezident və 2 inkubator rezident fəaliyyət göstərir.
Bu YTP üçün Xətai rayonunda yerləşən Təcrübə-Sənaye Zavodunun torpaq sahəsi də müəyyən edilib.
Doğrusu, bu YTP-nin indiyədək elə bir ciddi uğurlarını da xatırlamıram.
Bir neçə gün öncə bu YTP ilə əlaqəli olan , "dron istehsalı üçün ixtisaslaşdığı bildirilən" AMEA-nın "Elm və Texnologiya Parkı" MMC də öz fəaliyyətini dayandırdığını elan edib.
Ümid edirəm qarşıdakı illərdə SABAH.HUB və YTP ölkənin innovasiya və startap ekosistemində, tədqiqatlar sahəsində, universitetlərlə əlaqələrin güclənməsində ciddi uğurlar qazana biləcəklər.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
Facebook-da paylaş












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.