Bir milyondan çox vergi borcu olan şirkətlə vergi idarəsi arasında qalmaqal - TƏFƏRRÜAT

9-12-2023, 00:15           
Bir milyondan çox vergi borcu olan şirkətlə vergi idarəsi arasında qalmaqal -
"Ticarət Mərkəzi” MMC ilə İqtisadiayyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.

Qaynarinfo xəbər verir ki, şirkət bu mübahisədən dolayı idarəni məhkəməyə verib.

Lakin birinci instansiya və apellyasiya məhkəmələrinin qərarı şirkəti qane etməyib. Bu baxımdan, "Ticarət Mərkəzi” MMC Ali Məhkəməyə kassasiya şikayəti verib.

Rahib Nəbizadə iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı barədə məlumat yoxdur.

Araşdırmalarımız zamanı bəlli olub ki, "Ticarət Mərkəzi” MMC-yə külli miqdarda vergi borcu yazılıb. Hazırda bu borc 1 358 353, 20 AZN-dir. Şirkət isə bu məbləğlə razılaşmadığına görə məhkəməyə müraciət edib.

Açıq mənbələrdə "Ticarət Mərkəzi” MMC haqqında heç bir məlumata rast gəlinmir. Bəlli olan odur ki, şirkət 2010-cu ildə 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Tağıyev Zülfü Yunus oğludur.

Onun haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Ticarət Mərkəzi” MMC-nin hüquqi ünvanı Bərdə rayonu, Güloğullar kəndində yerləşir. Bəzi iddialara görə, şirkət yerli məmurlardan birinə məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.