Yaşıllığı kim qorumalıdırsa, elə o da MƏHV EDİR... - ETİRAZ

9-12-2023, 10:57           
Yaşıllığı kim qorumalıdırsa, elə o da MƏHV EDİR... - ETİRAZ
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin nəzərinə: Əncam çəkən olsaydı, yaşıllıqlar xarabalığa dönməzdı. Belə çıxır ki Muxtar dadaş meşələrin kütləvi sütətdə qırılmasını çox da ciddiyə almır. Yəni "belə də olmalıdır..." kimi qəbul edir.
Bu gün İsmayıllıda "hamıya olar, mənə yox?" deyərək yaşıl soyqrıma start verilib.
Adətən yaxın keçmişmizdə də basma qoyaraq... istifadə ediblər satıblar. Daha belə də yox... yaşıllıqları - meşələri məhv etməklə yox... Aşmaq təhlükəsi olan ağacları kəsirdilər əvəl, indi isə ucdantutma... Bu basmalar meşələrdə meşə kənarlarında olub. Amma indi kəndin içində... insanlara belə məhəl qoymadan həm meşələri, qırırlar həm də insanları zəhərləyirlər.
Məsələn bizim rayonda - İsmayıllıda bu bir hobbidir... həm meşə təsərüffat idarəsi üçün, həm də regional ekologiya və təbii sərvətlər nazirliyinin İsmayıllı idarəsi üçün...
Dəfələrlə məlumat verilsə də, gəlib kiçik miqdarda cərimə edib gedirlər və yenidən qırıntıya start verilir. Kim alacaq bu soyqırımın qarşısını? Bu məmurlar bu gün üçünmü yaşayır? Sabah öləcəklərmi ki, təbiətə belə zülüm edirlər? Cəzadan kənarda qalan cavabdeh şəxslər pul xatirinə belə hadisələrə göz yumurlar...
Bəlkə BMT-yə müraciət edək... Onsuz da bu ölkədə haqq-ədalət ayaqlar altında sürünür...

Müəllif: Rami Sayadlı
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.