İşçilərin bu hüquqları da, işəgötürənlər tərəfindən müxtəlif yol və ya vasitələrlı pozulur və ya icra olunmur.
10-12-2023, 08:08

Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan işçilərin bu hüquqları da, işəgötürənlər tərəfindən müxtəlif yol və ya vasitələrlı pozulur və ya icra olunmur. Belə ki:
1. İşəgötürənlər: səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri onların razılığı ilə və tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
2.Bir çox hallarda işəgötürənlər "müəssisədə yüngül iş yoxdur" bəhanəsi ilə qeyd olunan işçiləri müvafiq yüngül işlə təmin etmirlər. Halbuki, Əmək Məcəlləsində nəzərdə tutulan və qeyd olunan hüquq - imperativ (məcburi) hüquqdur və yerinə yetirilməsi işəgötürən üçün məcburi xarakter daşıyır.İstənilən halda bu işçilər yüngül işlə təmin olunmalıdırlar, əks halda bu Əmək Məcəlləsinin tələblərinin pozulması hesab edilir.
3. Eyni zamanda sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə işçilər səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki vəzifəsi üzrə orta əmək haqqı saxlanılır.
4. Xroniki ağır xəstəliyə tutulmuş və başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə - keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.
5. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və peşə xəstəliyinə tutulmuş, tibbi rəyə uyğun yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.
Azər Quliyev.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır