Avtomobil təkərləri bazarında durğunluq yaşanır - VİDEO

11-12-2023, 11:04           
Avtomobil təkərləri bazarında durğunluq yaşanır - VİDEO
Qışın yaxınlaşması, avtomobillərin təkərlərinin dəyişməyini zəruri etsə də, yerli bazarda durğunluq müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, satıcılar bildiriblər ki, istehsal edildiyi ölkə və keyfiyyətinə görə təkərlərin qiymətləri müxtəlifdir:

“Hər bir müştəri cibinə uyğun təzə təkəri rahatlıqla bazarda tapa bilər”.

Satıcılar qeyd ediblər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən sürücülər bu fəslin təkərlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil təkərə üstünlük verirlər.
Hazırda bazardakı ən ucuz təkərlər Çində, ən bahalıları isə Avropada istehsal edilənlərdir.

Satıcılar qışa doğru qiymətlərin artacağını istisna etmirlər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru