Bu erməni qadının oğlu Qarabağda şəhid olub - VİDEO

11-12-2023, 11:24           
Bu erməni qadının oğlu Qarabağda şəhid olub - VİDEO
Mariya Karapetyan Azərbaycanda yaşayan minlərlə ermənidən biridir. Oğlu şəhiddir. Bəli, səhv oxumadınız. O, şəhid Samir Əliyevin anasıdır.

İTV xəbər verir ki, Samir Əliyev 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biridir.

Taleyin işinə baxın ki, şəhid Samirin həyatına erməni anasının soydaşları son qoyub. İndi bu erməni qadının nə hisslər keçirdiyini demək çətindir. Mariya Karapetyan erməni olsa da, ürəyi Azərbaycanla döyünən, Vətən üçün çırpınan övlad yetişdirib. Vətənin, mərdliyin, kişiliyin milliyyəti olmur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru