Qazini kim nə üçün intihar həddinə çatdırır? - İbrahim Hüseynov "Məni o həddə çatdırdı ki, canıma qıyım ŞİKAYƏT/VİDEO
11-12-2023, 17:48

Düşmənlə savaşıb sağ-salamat evinə qayıdan Vətən Müharibəsi iştirakçısı niyə intihara əl atsın, niyə qələbənin qüruru ilə yaşamaq istəməsin. O Vətən qazisi ki, torpaqların düşməndən azad olunması uğrunda canını, qanını fəda edib. Bu igidi düşmən üzərində qələbədən sonra kimlər qəzəbləndirə, sarsıda bilər. Nədir Vətən uğrunda savaşan bu qəhrəmanı ölümə “təslim edən”, nədir çözülməyən düyün, həll edilməyən çətinlik. Niyə müharibə başlayanda bir yumruğa çevrilən, az qala var-yoxunu cəbhəyə göndərməyə hazır olan cəmiyyət bir yumruq kimi birləşib öz əsgərini qorumur?
Əksinə müəllimlərdən ibarət bir ordu yığaraq Vopsat qrupunda göstəriş verilib ki, bir qazi haqqın istədiyi üçün hədəf alın və ləkələyin budu sizin mənliyiniz
Sosial şəbəkələrdə, müxtəlif media kanalarında gedən xəbərlərdə müharibədə iştirak edən, döyüşən qazilərimiz,problemləri, xüsusilə də sağlamlığı ilə bağlı müəyyən çətinliklərlə üzləşdiyi yazılır. Eləcə də şəhid ailələri ilə bağlı müəyyən həllini gözləyən nöqsanlar var ki, hələ də çözülür. Əziz Müəllimlər gəlin görək, biz kimi kimdən müdafiə etməli, haqqını qorumalıyıq. Cəmiyyət özü, öz qazisinə sahib çıxa bilirmi. Niyə içiboş kin qusan məmur ordusu qazini incidir. Və siz müəllimləridə bu çirkaba sürükləyirlər Niyə anlamır ki, bu gün o hansısa vəzifədə oturubsa məhz o sağlamlığını itirən qaziyə görədir. Yaxud, sağlamlığını itirən Qazinin işsizliy prablemini həll edərək bir qazini xadimə təyin edir heç utanmadan və sən vətəni azad etməklə bütün millətə, dövlətə olan borcunu ödədi deyirmi həmin məmur?!Vətən fədaisin qəhraman Qazimiz döyüşdən sonra məmurların vicdansızlığı, müəyyən işləri idarə edən şəxslərin laqeydliyi, biganəliyi ilə üzləşib, müharibədə yaşadıqlarından da betər psixoloji gərginliklə qarşılaşır. Məmurlar niyə unudurlar ki, hansısa həkimin psixoloji dəstəyindən, dərmanından çox cəmiyyətin bizlərin ona olan diqqəti, sevgisi ilə qazinin bədəninin, ruhunun yaraları sağalacaq, sağlamlığı bərpa ediləcək.
Çoxumuz müharibədən sonra çox qazilərimizin intihar xəbərini, etiraz səsini eşidirik. Müşahidələr əsasında gəldiyim qənaətə görə, intihara səbəb qazilərin müharibədə yaşadığı psixoloji-ruhi durumun son dərəcə kritikliyi, yəni özünü idarə edə bilməyəcəyi dərəcədə ağırlığı, əsasən isə müharibədən sonra qazilərin onsuz da müharibədə pozulan nevroloji tarazlığının, psixoloji durumunun məmur özbaşınalığı, kobudluğu, üzərindən daha da ağırlaşmasıdır. Bu gün şahidi oldum ki, məhz Vətən qazisi uğrunda öldüyü bu torpağın məmurlarının, iş adamlarının biganəliyinə, nankorluğuna dözə bilməyib, yaşamaq istəmir niyə səbəb nədi Şirvan-Salyan Regional Təhsil idarəsi qaziyə qan uddurur.Döyüşdən sonra evinə qayıdanda yaralarının üstünə duz basan məmurlardan daha ağır zərbəni alır.Nə üçün bir qazinin səsi eşidilmir ona dəstəy olunmur,yaxşı Fəzail Ağamalı vətəndaş qəbulu keçirməsəydi Qazinin yaranmış prablemini dinləməsəydi qazi canına qıyacaqdı,budur sizin vətəndaşlıq borcunuz.Sizə verilən vəzifədən sui istifafə,edərək müəllimlərdən ordu düzəldim qazini təhqir etdirib özünüzü tərif yağdırmaqdansa yaranmış prablemi həll edin.
Emin Xuduyev
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır