Belarusdan gətirilən 41 ton kartof yararsız çıxıb - Azərbaycanda kartof problemi..
12-12-2023, 17:47

Belarusdan gətirilən 41 ton kartof yararsız çıxıb. Bəli Bakıda, ölkə ərazisində yol kənarlarında kiloqramı 50 qəpiyə "Tovuz kartofu" adı altında satılan kartofların da mənşəyi araşdırsın.
Rəsmi xəbər belədir:
- Lars 77 MMC-nin müraciəti əsasında Belarusdan idxal olunan ərzaqlıq kartof məhsulundan Agentlik əməkdaşları nümunələr götürürək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində ümumi çəkisi 20 980 kq ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 450 kq ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, 2022-ci ildə ölkəmizdə kartof əkini sahəsi 2015-ci ilə nisbətən 10,2 faiz, 2021-ci ilə nisbətən isə 2,3 faiz azalaraq 54,8 min hektar olub.
Rəsmi statistikaya əsasən, 2023-cü ilin yanvar-may aylarında kartof əkinləri 10,4 faiz və ya 5 min 691 hektar azalmaqla 48 min 990 hektar təşkil edib.
Kartof tədarükü bu il də azalıb. Ölkədə daxili istehlakdan 200 min tona yaxın çox kartof tədarük edilir, üstəlik, hər il xaricdən 150-160 min ton məhsul alınır.
Başqa bir statistikaya baxaq: "Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar olub. Bu müddətdə idxal 4,6 faiz artsa da, ixrac7,7 faiz azalıb".
İndi ən mühim problem yerli kartof sortlarının yaradılması, onların saxlanılma şəraitinə uyğunlaşdıılması və onların saxlanılması əsas şərtlərdən biridir. Çünki, mövcud yerli sortlar tədarükdən sonra saxlanılmaya yararlı deyil. Mütləq yeni sortlar yaradılmalıdır. Azərbaycan ən çox idxaldan asılı halda olduğy məhsullardan biri də kartofdur.
Proqnozlaşdırılan iqlim dəyişiklikləri əlavə təzyiq amilləri yaradacaq ki, bu da Azərbaycanda yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığının 2051-2060-cı illərədək tədricən, lakin 1995-2014-cü illərin baza səviyyəsindən isə kəskin şəkildə, yəni, 30 faizədək azalmasına gətirib çıxaracaq. Kartof, şəkər çuğunduru və meyvələr daha çox təsirə məruz qalacaq.
Azərbaycanın mərkəzi rayonlarındakı əkin sahələrinin çoxu su qıtlığı ilə üzləşəcək. Bərdə, Ağcabədi, Saatlı, Kurdəmir, Biləsuvar, Netfçala, İmişli, Yevlax, Sabirabad və Salyan və dağlıq ərazilərdəki yağışla qidalanan və suvarma sxemləri ilə təchiz edilməyən Qarabağ, Şəki-Zaqatala və Dağlıq Şirvanda bitkilər daha ciddi təsirlərlə üzləşəcək. Ölkənin cənub əraziləri olan Cəlilabad və Masallı da risk altındadır.
Təkcə yeni sortların yaradılması deyil, yeni suvarma sistemlərinin qurulması, strateji olaraq kartof və şəkər çuğunduru, o cümlədən dənli bitkilər əkilən sahələrin artırılmasına ehtiyac var.
Razi Abasbəyli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır