"Trendyol"a xərclənən pullar itirilir - İlham Əziz

12-12-2023, 19:44           
"Trendyol"a xərclənən pullar itirilir - İlham Əziz
""Trendyol" vasitəsilə Türkiyə iqtisadiyyatına bizdən Bakı-Ceyhan boyda kanal açılıb. Adamlar rəsmən Trendyol aludəçisi olub. İmkan oldu-olmadı sərhəd qoyulan məbləği doldururlar. Qadınlar "Trendyol"la yaşayır. Vəziyyət getdikcə bəla halını alır".

Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə yazıçı İlham Əziz yayıb.
O, "Trendyol"a xərclənən pulların itirildiyini bildirib:
"Deyə bilərsiz ucuzdu. Xub, amma və lakin biz yeyişimizi-geyişimizi bilməyən adamlarıq. Ordakı parıltılar, fotoeffektlər bizi tez aldadır. Lazım oldu-olmadı hər şeyi alırıq. Bu yatırım deyil, itirilən puldu. Elə-belə pul deyil, milyon dollarlardır. Guya iki ay "Trendyol"dan bir şey almasaq geyinməyə bir şey tapmayacağıq? Yalandı, puçdu".
İ.Əziz ailələrin durmadan kasıblaşdığını, pul itirdiyini bildirib:
"Başqa ölkələr kimi bizə banklar içində 5-10 min manatlıq kredit kartları paylasalar, ev-eşiyimizdən olarıq. Təklifim budur ki, "Trendyol"dan alış-veriş icazəsini ildə 1-2 aya salamaq lazımdır. Sənə hər fəsilə aid bir dəfə alış-veriş lazımdı, hər ay nə alırsan axı? Bu nə bədxərclikdi, bu nə axmaqlıqdı? Ailələr çətin maddi duruma düşəcək, vallah, məndən demək… Nəfsinizə sahib çıxın"…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru