MİDA-nın növbəti onlayn satışına 5 gün qalıb
13-12-2023, 12:04

MİDA-nın növbəti onlayn satışı 16 dekabr tarixdə, həftənin 6-cı günü, saat 11-də baş tutacaq.
MİDA bununla bağlı əlavə təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb. Odur ki, sürprizlərə, CAPTCHA ilə bağlı yeniliklərə hazır olmaq lazımdır.
"Güzəştli mənzil” sisteminin DEMO versiyası hələlik aktivdir.
Bu dəfə istifadəçilər ASAN imza ilə bərabər, SİMA rəqəmsal imzadan da istifadə edib sistemə daxil ola biləcəklər
Öncədən bütün prosesləri DEMO ilə test etmək mühüm əhəmiyyət kəsb edir.
Bu sınaq versiyada məşq etmədən uğur qazanmaq şansı, demək olar ki, yoxdur.
Hələlik MİDA növbəti onlayn satış prosesində şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, canlı yayımın təşkili, ötən problemlərin təkrarlanmaması üçün atılacaq addımlar haqqında açıqlama verməyib.
Yeri gəlmişkən, bu onlayn satışda ilk dəfə olaraq Gəncə və Sumqayıt şəhərlərində də güzəştli mənzilin satışı nəzərdə tutulub.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır