Rektor vergi borcu olan şirkətlə 309 min AZN-lik müqavilə bağladı - FOTOFAKT

13-12-2023, 12:17           
Rektor vergi borcu olan şirkətlə 309 min AZN-lik müqavilə bağladı - FOTOFAKT
Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universiteti (AzTU) Cari təmir işləri ilə bağlı mal-materialların satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi olan "MASTER-OFİS" MMC olub.

Tərəflər arasında artıq müqavilə imzalanıb.

32gun.az bildirir ki, tenderin məbləği 308.794,73 AZN-dir.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə vergi borcu üzə çıxıb. Əldə etdiyimiz məlunata görə, "MASTER-OFİS" MMC-nin 12837.28 AZN vergi borcu mövcuddur.

Tenderə əsasən universitet Duş aftafa, arko kran, Kran uzun (su qarışdırıcı), Radiator panel tipli, Elastik şlanq, sifon qarmoşka, Radiator ventili , və.s alınır.

Bildirək ki, nizamnamə kapitalı 50 AZN olan "Master -Ofis" şirkətinin qanuni təmsilçisi MİRZƏ BAĞIROV ZAKİR oğludur.

Xatırladaq ki, AzTU-nin rektoru Vilayət Vəliyevdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru