Xaricdə təhsil alan məzunlar Qarabağ Universitetinə işləyəcək

2-04-2024, 13:19           
Xaricdə təhsil alan məzunlar Qarabağ Universitetinə işləyəcək
“2022-2026-cı illər üçün Dövlət Proqramı”nın məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir.

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”-nə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, keçən il tələbələrin 50-si dünyanın ən yaxşı universitetlərinə qəbul olub:

“300 nəfər isə digər nüfuzlu universitetlərə qəbul alıb. Magistratura Dövlət Proqramı üçün əsas istiqamətidir. Lakin bakalavr səviyyəsində də çoxsaylı uğurlarımız var. Bu il Dövlət Proqramlarına seçimlər davam edir. Siyahıda “Top 10” universitetlərə qəbulları da artıq görürük. Bu proses yay aylarına qədər davam edəcək".

O əlavə edib ki, Dövlət Proqramı məzunları ilə keçirilən görüş onların patensialini düzgün müəyyən etmək üçün olduqca vacibdir:

“Bu gün müzakirə olunacaq məqamlardan biri də məzunların Qarabağ universitetinə cəlb edilməsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru