Bakıda məşhur çimərlik fantastik qiymətə satışa çıxarıldı (FOTO)

13-06-2024, 11:27           
Bakıda məşhur çimərlik fantastik qiymətə satışa çıxarıldı (FOTO)
Bakıda çimərlik satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı elan saytlarında məlumat yerləşdirilib.

Novxanıda yerləşən obyektin ümumi sahəsi 1,1 hektar, tikili sahəsi isə 600 kvadrat metrdir.

Hazırda yüksək məbləğə icarəyə verilən obyekt 3 850 000 manata təklif olunur.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü başlayır. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərliklərdə birgə monitorinqlər aparıblar. Laborator müayinələrin nəticələrinə əsasən, Novxanıdakı çimərliklərdə dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru