ARDNF elə bir şirkətə sərmayə qoyur ki...

18-06-2024, 19:07           
ARDNF elə bir şirkətə sərmayə qoyur ki...
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hindistanlı mühacirlərin Dubayda bir məktəb əsasında təsis etdiyi, dünyanın ən böyük özəl təhsil təminatçılarından biri olan “GEMS Education”a 100 milyon ABŞ dolları məbləğində sərmayə qoyur.

Fonddan Axar.az-a verilən məlumata görə, ARDNF-dən başqa Kanadanın “Brookfield Asset Management Ltd.” investisiya şirkətinin rəhbərlik etdiyi, tərkibinə həmçinin Dubayda yerləşən “Gulf Islamic Investments”, “Marathon Asset Management” şirkətlərinin də daxil olduğu konsorsium layihəyə sərmayə yatıracaq.

"Bu sövdələşmənin ümumi dəyəri 2 milyard ABŞ dolları təşkil edir", - Fonddan bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru