Baş nazir: Heç olmazsa sükan özümüzdən olsun - FOTO

7-08-2024, 17:38           
Baş nazir: Heç olmazsa sükan özümüzdən olsun - FOTO
Rusiyanın Baş naziri Mixail Mişustinin yeni avtomobillə tanışlıq vaxtı dediyi sözlər ciddi marağa səbəb olub.

Avtosfer.az xəbər verir ki, hökumət başçısına Moskvada Volkswagen şirkətinin tərk etdiyi zavodda yığılan Volga avtomobillərinin ilk nümunələri təqdim edilib.
Təbii ki, sovet Volqası ilə yeganə oxşarlıq emblemdədir. Zavodda D sinfinə aid Volga C40 sedanı və K40 krossoverinin, C sinfinə aid Volga K30 krossoverinin istehsalı nəzərdə tutulur. Daha doğrusu Çindən gətirilən detallarla yığılması. Avtomobillərə Changan modelinin rus versiyası kimi də qiymət vermək mümkündür.
Bütün detalların Çindən gəldiyini eşidən Mişustinin münasibəti də maraqlı olub: “Sükan harada istehsal olub? Çində. Heç olmazsa sükan Rusiyanın olsun. Bunu etmək sürət qutusunun və ya digər detalların istehsalını lokallaşdırmaqdan daha asandır”.
Bütün modellər standart olraq 188 at gücündə benzin mühərrik və avtomat ötürmə ilə təchiz ediləcək.


Vüqar Yaşaroğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.