Pozulmuş əmək hüquqlarının bərpasında - İDDİA MÜDDƏTLƏRİ də mühüm rol oynayır.

12-08-2024, 08:24           
Pozulmuş əmək hüquqlarının bərpasında - İDDİA MÜDDƏTLƏRİ də mühüm rol oynayır.
İddia müddətini üzrsüz səbəbdən buraxmış işçi haqlı olduğu halda belə, İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə, bu əsasdan pozulmuş əmək hüquqlarını bərpa etmək hüququnu itirmiş olur.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə müraciət edən işçilər bir çox hallarda iddia müddətini - üzrsüz və ya üzrlü olmayan səbəblərdən buraxdıqdan sonra müraciət edirlər. Bu isə işçi və ya işçilərin əmək hüquqlarının bərpa olunmasında əlavə problemlər yaradır.
Bir çox hallarda işçilər belə hesab edir ki, bu hallarda onlar iddia müddətini buraxmamış olur və ya üzrlü səbəblərdən buraxmış olur:
Həmkarlar ittifaqları təşkilatına,Dövlət Əmək Müfəttişliyinə, dövlət orqanları və ya digər vəzifəli şəxslərə yazılı ərizə ilə müraciət etdikləri müddət. Qeyd etmək istəyirəm ki, bu halların heç biri iddia müddətinin üzrlü səbəbdən buraxılması halı hesab edilmir.
İddia müddəti barədə hər bir işçinin bilməli olduğu vacib şərtlər bunlardır, əks halda isə haqlı olduqları halda belə məhkəməyə müraciət edən işçinin əmək hüquqları bərpa olunmayacaq:
1. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı müddətində, Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan fərdi əmək mübahisələrinə - məhkəməyə qədər baxan orqana müraciət edə bilər. Bu halda iddia müddəti 3 ay arta bilər.
2. Bu haldan başqa qalan bütün hallarda işçi fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müddətində məhkəməyə müraciət etməlidir.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncam,qərar), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabça, vərəqə, çek) verildiyi, həmçinin əmək müqaviləsinin işəgötürən tərəfindən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, bu hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən - 1 il ərzində məhkəməyə müraciət edə bilər.
5.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə- iddia müddəti şamil edilmir.
6. İşəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquq və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı ərzində ona maddi ziyan vurulması məsələləri ilə bağlı isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
7. İddia müddətləri bu üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və ya digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan məhkəmə buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
8. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu müddət - iddia müddətinin üzərinə gəlir.
9. İddia müddətinin buraxılması üçün üzrlü hesab edilən hallar dedikdə:işçinin ata və anası, baba və nənəsinin, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacılarının vəfat etməsi və digər obyektiv səbəblər başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.