Ən pis hiss başqasının yerinə utanmaqdır

3-09-2024, 11:54           
Ən pis hiss başqasının yerinə utanmaqdır
Məlum olduğu kimi, dünən Azərbaycanda növbədənkənar #parlament seçkiləri keçirilirdi. Mən də müstəqil #jurnalist kimi seçki prosesini izləməyə çalışdım və gün ərazində 15 saylı I Yasamal seçki dairəsinin iki məntəqəsində prosesləri müşahidə etdim. Gəldiyim nəticə isə...
Ümumilikdə nəzər yetirdikdə ölkə ərazisindəki hər bir məntəqədə oxşar vəziyyət müşahidə olunurdu. Topa bülleten atımı, "karusellər" və s. Həmçinin vurğulamaq lazımdır ki, seçici aktivliyi olduqca aşağı idi. Eyni ünvanda yaşayan insanlar ayrı-ayrı məntəqələrdə siyahıda olduğu üçün səsvermədə problemlər yaranırdı. Əlavə seçki siyahısı da yaradırdılar ki, burada da şühbəli hallar çox idi. Seçkiyə məcbur gələnlərin də sayı az deyildi. Demək olar ki, bütün məntəqələrdə pozuntulara etiraz edən kimi, polislə hədələyib, məntəqədən uzaqlaşdırılacağını bildirirdilər. Daşınan qutularla bağlı müəmma da var idi. Xülasə, ümumi vəziyyət hər kəsə məlumdur. Baxın, məsələ odur ki, təkcə hökumət nümayəndələrinin xeyrinə səs verilmirdi. Bütün namizədlərin yaxınları, onların komissiyada olan qohumları qutuya topa bülleten atmağa cəhd edirdi. Nəysə, əlavə danışmağa ehtiyac yoxdur. Dünən başqalarının yerinə çox utandım. Komissiya üzvlərinin etdiklərini gördükdən sonra müəllim adına sayğın azalır.
Xülasə,
Bir neçə namizəd var idi ki, kənardan onların apardıqları kampaniyaları izləyib, mandat qazanmaqlarını istəyirdim. Bunlardan biri də REAL-ın üzvü Natiq Cəfərli (Natig Jafarli idi. Natiq bəyə bir məqama görə həqiqətən çox böyük təşəkkür düşür. Adam təşviqat işləri aparmasına baxmayaraq, istənilən an sorğumuza cavab verib, müxtəlif mövzu haqda fikirlərini bölüşürdü. Media ilə hər zaman dost və intellekti yüksək olan birinin parlamentdə olması, heç də pis olmazdı. Bundan başqa, Natiq bəyin süni, planlaşdırılmış görüşlərdən uzaq durması, seçicilərlə bir-bir, onların başa düşəcəyi dildə pafossuz danışması isə sadəcə alqışlanasıdır. Uğurlar Natiq bəy! Eşqlər!
Digər namizəd Əziz Əlibəyli (AAlibeyli Aziz də aktiv kampaniya aparan şəxslərdən idi. Gədəbəydən iddialı olan Əziz bəyi parlamentdə görmək maraqlı olardı. Təəssüf ki, alınmadı. Mandat qazana bilməyən Əziz Əlibəyli yüzlərlə sadə insanın sevgisini qazandı.
Ən çox seçilməsini istədiyim şəxslərdən biri də Vəfa Nağı (VVafa Nagi idi. Vəfa xanımla indiyə qədər heç bir əlaqəm olmayıb, hətta FB-da da seçki dönəmindən izləmişəm. Fikirlərimiz üst-üstə düşməyə bilər, ancaq adam apardığı mübarizəyə görə, parlamentdə təmsil olunmalı idi! Haqq idi! Bacarmışdı! Neftçalada seçki ab-havası yaratmışdı, təəssüf ki, nəticə gözlənilən kimi olmadı. Apardığı mübarizəyə görə ona da ciddi təşəkkür düşür. Kaş ölkənin hər yerində belə aktiv seçkilər keçərdi.
Vüqar Ələkbərovu (AAlakbarov Vuqar isə liftimizə vurulan plakatdan tanımışdım. Bir az sosial mediadan izlədikdən sonra az-maz tanımağa başladım. Məlum oldu ki, cərrah olan Vüqar bəy II Qarabağ müharibəsində könüllü iştirak etmiş, onlarla yaralının dadına çatmışdı. Seçki günü də məntəqədə onun müşahidəçilərlə, məntəqə üzvləri ilə danışığı, davranışı nə qədər mədəni olduğunu göstərdi. Bir məqama şahidlik etdim. Deməli, 38 saylı məktəbin həyətindan çıxan zaman bir neçə uşaq onu əhatəyə alıb şəkil çəkdirdilər. Bu da onun seçki kampaniyasını necə incəliklə apardığının göstəricisidir.
Anadan olduğum Sabirabad rayonundan yenidən deputat seçilən Kamal Cəfərovu (KKamal Jafarov - Kamal Cəfərov da vurğulamaq lazımdır. Açığı, onun təşviqat prosesini izləməmişəm. Amma Kamal bəydən onlarla insanın razı olduğu bir çoxuna məlumdur. Onun geridə qalan illər ərzində rayonda gördüyü işlərdən sonra bir daha Milli Məclisdə təmsil olunmaq haqqı idi. Sabirabad qazandı! Ümid edirəm bu dəfə də Kamal bəy seçicilərinin ümidlərini doğruldar.
Hər birinə uğurlar.
Sonra isə Natiq bəyin seçkilərdə iştirakı ilə bağlı video-qeydinin linkini yerləşdirirəm. Vaxtınız olsa, baxın. Adam haqlıdır!

Məlik Məlikov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.