Ekspertlər Şurası ilk dəfə olaraq dini məzmunda olan JUMMA startap komandasının da Şəhadətnamə üçün müraciətinə baxıb.

3-09-2024, 12:15           
Ekspertlər Şurası  ilk dəfə olaraq dini məzmunda olan JUMMA  startap komandasının da Şəhadətnamə üçün müraciətinə baxıb.
Daha 7 quruma Startap şəhadətnaməsi verilib. JUMMA startapının da müraciətinə baxılıb.
Bu gün startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.
Toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 10 sahibkarlıq subyektinin müraciətinə baxılıb.
İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər.
Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 7 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib.
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
Maraqlı məqam odur ki, Ekspertlər Şurası ilk dəfə olaraq dini məzmunda olan JUMMA startap komandasının da Şəhadətnamə üçün müraciətinə baxıb.
Bu startap Məscidlərin vahid bir rəqəmsal platformada birləşdirilməsi, Cümə namazının vaxtı ilə bağlı bildirişlər göndərilməsi, ianələrin qəbulu, Molla xidməti və mollanın müxtəlif tədbirlərə dəvətini və s. dini xidmətlərin reallaşdırılmasını nəzərdə tutur.
İndiyədək 167 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib.
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.