Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14-09-2024, 16:24           
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb
Siyəzən rayonunun Vüqar Qasımov adına Yenikənd kənd tam orta məktəbi bağlanıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər 400 şagirdin təhsil aldığı məktəbin altı ay əvvəl fəaliyyətinin dayandırılmasından narazıdırlar.

Onlar bildirirlər ki, təhsil ocağı aylardır təmirə dayandırılsa da, heç bir iş aparılmayıb. Bu il də 400 şagird təhsilini davam etdirmək üçün qonşu kəndlərə getmək məcburiyyətində qalacaqlar.

Sakinlər, həmçinin kənddə modul tipli məktəb quraşdırılacağı barədə eşitdiklərini, amma bu barədə də heç bir məlumat ala bilmədiklərini bildirirlər.

Sakinlərin narazılığı ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov bildirib ki, məktəbdə mövcud vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və yaxın vaxtlarda təmir-tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə şagirdlər yaxınlıqdakı məktəblərə yerləşdiriliblər və onların nəqliyyat vasitəsilə həmin təhsil müəssisələrinə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru