“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB

3-10-2024, 12:26           
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
“TikTok” bu ilin ikinci rübündə Azərbaycanda təxminən 900 min videoçarxı silib.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb həmin videolarda icma qaydalarının pozulması halının aşkarlanmasıdır.

Belə ki, platforma icma qaydalarını pozan məzmunun bir nəfər belə baxmadan əvvəl silinməsini təmin edən avtomatlaşdırılmış moderasiya texnologiyalarını təkmilləşdirməyə davam edir. Nəticədə, bu texnologiyalar vasitəsilə qaydaları pozan videoların 80%-i avtomatik olaraq silinir, halbuki keçən il bu rəqəm 62% idi. Eyni zamanda, istifadəçilərdən şikayət daxil olmamışdan əvvəl məzmunun proaktiv olaraq silinməsi göstəriciləri də yüksəlib. 2024-cü ilin ikinci rübündə bu rəqəm silinən videoların ümumi sayının 98,2%-ni təşkil edib.

2024-cü ilin ikinci rübü üzrə İcma Qaydalarının İcra Hesabatına əsasən Azərbaycanda:

884.773 video icma qaydalarını pozduğuna görə silinib.
Silinmiş videoların 95,9%-i şikayət daxil olmadan əvvəl platforma tərəfindən proaktiv olaraq silinib.
Məzmunun 93,4%-i paylaşılmasından sonrakı ilk 24 saat ərzində silinib.
Həmin dövrdə, icma qaydalarının pozulması ilə əlaqədar olaraq dünya miqyasında:

178.827.465 video silinib.
Videoların 98,2%-i proaktiv olaraq silinib.
93,5%-i paylaşılmasından sonrakı ilk 24 saat ərzində silinib.
Xatırladaq ki, keçən il Azərbaycanda icma qaydalarını pozduğuna görə ümumilikdə 2.071.243 video silinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru