İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...

4-10-2024, 00:02           
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır -
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi fiziki şəxs “Zoomagazın.az” MMC (VÖEN- 1405352961) olub.
Müsabiqənin şərtinə görə “Zoomagazın.az” MMC “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə mal-qara yemləri satacaq.
Satın alınacaq 2 524 ədəd yonca presinin hər biri 18 kq. olacaq. Bundan başqa, 2 639 kq. arpa, 4 103 kq. kəpək və heyvanlar üçün 332 kq. duz alınacaq. Qeyd olunan heyvan yemləri üçün Qoruq İdarəsi “Zoomagazın.az” MMC-yə 17 min 962 manat 65 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2022-və 2023-cü illərdə “İçərişəhər” Muzey Mərkəzinin keçirdiyi analoji tender müsabiqələrinin qalibi də “Zoomagazın.az” MMC olub. Nizamnamə kapitalı 50 manat olan MMC- nin qanuni təmsilçisi Mursakulov Ceyhun Bəxtiyar oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru