Minskdə Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib - FOTO

5-10-2024, 08:25           
Minskdə Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib - FOTO
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə oktyabrın 4-də Minskdə Azərbaycan Ticarət Evində olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.

Sonra Əli Əsədovun və Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.

Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.

Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru