Kritik qurumlar məlum oldu, amma siyahı açıqlanmadı

3-12-2024, 11:14           
Kritik qurumlar məlum oldu, amma siyahı açıqlanmadı
Uzun müddət ləngiyən hüquqi sənədlərdən daha biri, “Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Mövcud normalara görə bu Siyahı DTX -nin təklifləri əsasında NK tərəfindən təsdiqlənir.
Yəni artıq ölkədə hansı informasiya sisteminin və kommunikasiya şəbəkəsinin daha strateji əhəmiyyət kəsb etməsi məlumdur.
Qanunvericiliyə görə, əgər hansısa bu tip obyektlərin fəaliyyətinin pozulması ilə cəmiyyətin və dövlətin, vətəndaşların maraqlarına zərər vurulursa bunlar kritik kateqoriyaya daxil edilib.
Onlar ayrıca qanunvericiliklə tənzimlənəcək. Siyahının dərc edilməsilə ora daxil olan qurumların məsuliyyəti xeyli artacaq. Bu sektora daxil olan qurumların informasiya sistemlərinin, xidmətlərinin dayanıqlığı və keyfiyyəti xeyli yüksələcək.
Kritik mühiti qurmaq üçün onlara ayrıca resurslar ayrılacaq, kadr təminatı üçün xüsusi tələblər müəyyən edilib.
Kritik qurumlar üçün kibertəhlükəsizliklə bağlı auditlər və yoxlamalar indi məcburi olacaq.
Bununla da sektorda yeni şirkətlər, kibertəhlükəsizlik xidməti provayderləri, yeni iş yerləri yaradılacaq. Xeyli sayda kiber mütəxəssislərə ehtiyac olacaq. Kibertəhlükəsizlik xidməti provayderlərinə qarşı tələbləri DTX müəyyən edəcək.
Yeri gəlmişkən, cari ilin büdcə müzakirələri başa çatdığından bir qədər anlaşılmaz qaldı ki , görəsən gələn il üçün kritik mühitə resurslar ayrılacaqmı ?
Kritik informasiya infrastrukturu ilə bağlı əsas səlahiyyətlər DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə məxsusdur.
Özəl sektorla bağlı isə bu tip məsələlərdə səlahiyyət tam olaraq DTX-ya verilib.
Artıq DTX-da bu məsələlərlə bağlı Milli Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bir müddət öncə onun təqdimatı da təşkil olunmuşdur.
Görünən odur ki, DTX bu sektorda mülkiləşməyə doğru addımlar atmaq məcburiyyətindədir 🙂
Burada diqqətçəkən bir məqam var.
Artıq hökumət kimin kritik olduğunu bilir. Amma cəmiyyət isə bunu bilməyəcək. Çünki NK bu siyahını açıqlamayıb. Güman etmək olar ki, təhlükəszilik məqsədilə belə addım atılıb. Hansı ki bunun özü bir qədər nisbidir və müzakirə predmetidir.
Amma maraqlıdır ki, elə qanunvericilikdə “kritikin” tərifində cəmiyyətin və vətəndaşların da maraqlarından sohbət gedir .
Nəzərə almaq lazımdır ki, bu sahəyə ictimai nəzarətin təşkili və şəffaflığın təmin edilməsi də vacibdir.
Əgər obyektlərin siyahısı dərc olunmursa onda subyektlər dərc edilsin.
Yəni ən azı şəffaflıq və ictiami nəzarət baxımından, kritik subyektləri, yənin informasiya sistemlərinin aid olduğu dövlət qurumlarının siyahıları mütləq dərc edilməlidir ki, cəmiyyət məlumatlı olsun ki, hansı qurumalr ktritik resurslara sahibdir.
Daha bir məqam isə özəl sektorda kritik infrastrukturun formalaşması ilə bağlı xərclərin kim tərəfindən ödənilməsidir. Əgər hökumət bunu reallaşdırmayacaqsa şirkətlər bu sahəyə investisiya yatırmalı olacaqlar. Belə halda isə bu tip qurumalrda qiymət artımı riskləri ola bilər.
Ümid edirəm bu proseslərdə şəffaflığın və hesabatlılığın təmin edilməsinə, informasiya açıqlığına ictimai nəzarət imkanlarının yaradılmasına da diqqət yetiriləcək.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.