“Hansı ağlı başında olan adam 45 faizlə borc götürər?”

7-12-2024, 00:17           
“Hansı ağlı başında olan adam 45 faizlə borc götürər?”
Bank olmayan kredit təşkilatları (BOKT) tətbiq etdiyi yüksək faizlər səbəbindən ictimaiyyətin ən çox şikayət etdiyi qurumlardandır.

Azərbaycan Mərkəzi Bankı "Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit risklərinin idarə edilməsi Qaydası"nı təsdiqləsə də, nəticə dəyişməyib. BOKT-lar yenə də yüksək faizə kreditlər təklif edirlər.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli TNS-ə açıqlamasında bildirib ki, bu tipli məsələlərə Mərkəzi Bankın mövqeyindən baxmaq lazımdır.

Onun sözlərinə görə, Mərkəzi Bank bu sahədə hakim rolunu oynayır: "Vətəndaşlarda niyə BOKT-a müraciət etmək məcburiyyəti yaranır? Əsas məsələ budur. Hansı ağlı başında olan adam 45 faizlə borc götürər? Ona görə də vətəndaşın niyə bu vəziyyətə gəldiyi məsələsi müzakirə olunmalıdır. Hansı ehtiyaclar vətəndaşı məcbur edir ki, bank olmayan kredit təşkilatlarından fantastik, yüksək faizlərlə borc götürsün? Bax, artıq hökuməti düşündürməli məsələ budur. Biz adətən nəticəni müzakirə edirik, səbəblər kənarda qalır. Səbəb vətəndaş üçün yaranan məcburiyyətdir. Bu səbəblər aradan qalxsa, mənə elə gəlir ki, bu problem də avtomatik şəkildə həll olunacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.