“BRAVO” müştəriləri belə aldadır-Qərar qəbul olunaraq cərimələndi
Bu gün, 07:04
Abşeron Rayon Məhkəməsində “Azərbaycan Supermarket” MMC-yə yazılan inzibati protokola baxılıb.
XALQ.AZ məlumat verir ki, Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla MMC cərimələnib.
Protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
“Azərbaycan Supermarket” MMC “Bravo” mağazalar şəbəkəsinin sahibidir.
Qeyd edək ki, “Bravo” mağazalar şəbəkəsindən mətbuatda və sosial şəbəklərdə alıcılar tərəfindən daim şikayətlər qeyd olunur. Alıcılar qida və qeyri qida məhsullarını baha qiymətə satıldığı bildirirlər. Həmçinin xəbərlərdə vaxtı keçmiş məhsul satışı və digər məlumatlar yer almaqdadır.
Şirkətin mövqeyini dərc etməyə hazırıq.