Əfv sərəncamı hansı tarixdə imzalana bilər? - AÇIQLAMA

23-01-2025, 11:14           
"Hər il mart və ya may ayında əfv sərəncamları imzalanır".
İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Baku TV-yə açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

O bildirib ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası adətən yanvar ayından işləməyə başlayır, müraciətləri təhlil edir və sənədlər hazır olandan sonra cənab Prezidentə təqdim olunur:

"Çox güman ki, yaxın vaxtlarda yenə Əfv Məsələləri Komissiyasının iclasları başlayacaq və müraciətlərin müzakirəsindən asılı olaraq cənab Prezidentə sənədlər təqdim olunacaq. Ola bilsin ki, mart və ya may aylarında yenidən əfv sərəncamları imzalansın".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru