Xarici ticarət dövriyyəmizin müsbət saldosu 40%-dən çox artıb

18-02-2025, 16:24           
Xarici ticarət dövriyyəmizin müsbət saldosu 40%-dən çox artıb
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 70,5 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 64,8 % artıb, idxal isə 79,7 % artıb.

Son nəticədə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 40,5 % çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru