Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...

4-03-2025, 16:26           
 Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
“Hazırda, əfsuslar olsun ki, “Erasmus+” proqramı çərçivəsində bütün fəaliyyətlər faktiki olaraq qeyri-rəsmi şəkildə dayandırılıb”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Azərbaycan Milli Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yeni layihələr qeydiyyata alınmır, həmçinin aktiv olanların icrası dayandırılır:
“Bundan əlavə, təəssüflə bildirmək istəyirəm ki, yaranmış vəziyyətlə əlaqədar olaraq “Milli Erasmus+” ofisi də bağlanmaq üzrədir. Bu, proqramın gələcək icrasına ciddi təsir göstərə bilər və ölkəmizdə “Erasmus+” layihələrinin davamlılığına mane ola bilər”.
Məlumat üçün qeyd edək ki, “Erasmus+” proqramı Avropa İttifaqının (Aİ) ali təhsil səviyyəsində maliyyələşdirdiyi ən böyük proqramdır. Adətən yeddiillik dövr ərzində işləyir. Proqram hər dəfə yenilənir və hazırda 2021-2027-ci illəri əhatə edir. Bu proqramın yeddiillik büdcəsi təxminən 30 milyard avro məbləğindədir. İndiyədək təxminən 5 min nəfər azərbaycanlı “Erasmus+” proqramı çərçivəsində Avropada oxumağa gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru