"Burda qara maskalılar əməliyyat keçirsin..." - ÖZBAŞINA QALIBLAR...

Dünən, 12:02           
"Burda qara maskalılar əməliyyat keçirsin..." - ÖZBAŞINA QALIBLAR...
"Mil-Muğan Regional Təhsil idarəsində özbaşınalıq, savadsızlıq, qanunsuzluq, ayrı-ayrı vəzifəli şəxslərin harınlığı artıq kuliminasiya həddinə çatıb. İş o yerdədir ki, bu qurumun rəhbərliyi özünü tam toxunulmaz hesab etdiyindən ən xırda qanun pozuntularının belə qarşısını almaq olmur. Əgər burda qara maskalılar əməliyyat keçirsələr, ortaya daha ciddi yeyinti faktları çıxacaq". Bu barədə "DİA-AZ"a yazan narazı təhsil işçiləri əlavə ittiham dolu iddialar da səsləndiriblər ki, bu barədə daha geniş mateürialı növbəti günlərdə təqdim edəcəyik.

Onlar müraciətlərində konkret adlar da çəkirlər: "Mil-Muğan Regional Təhsil idarəsinin müdiri və eyni zamanda onun savadsız müavinləri, xüsusilə Rabil Şahbazov qanunları açıq-şakra pozur.

Ümumiyyətlə, bu idarədə qanunları bilən kimsə yoxdur, sakni... Rabil Şahbaozun isə qanunlardan qəti xəbəri yoxdur. Bu savadsız halı ilə onu necə müavin qoyublar, hamı heyrət içindədir..."

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.