"Paşa sığorta", "Xalq sığorta",“Atəşgah Sığorta” müştərilərini necə aldadır?

5-03-2025, 11:30           
"Paşa sığorta", "Xalq sığorta",“Atəşgah Sığorta” müştərilərini necə aldadır?
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin fevral ayından 2025-ci ilin yanvar ayına qədər olan dövr üçün avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.

XALQ.AZ xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, ən yüksək şikayət indeksinə malik sığorta şirkəti

“Paşa Sığorta” ASC olub (1,28).

“Xalq Sığorta” ASC (1,16) və

“Atəşgah Sığorta” ASC (1,12) isə ikinci və üçüncü yerdə qərarlaşıb.

Ən aşağı şikayət indeksinə malik sığorta şirkətləri isə “Qala Sığorta” ASC (0,37) və “Azərbaycan Sənaye Sığorta” ASC (0,48) olub. “AtaSığorta” ASC (0,66) və “Meqa Sığorta” ASC (0,85) isə orta şikayət göstəricisinə malik şirkətlər sırasına düşüb.

Bu indeks vətəndaşların sığorta xidmətləri seçimini daha informativ şəkildə etməsinə kömək məqsədilə Mərkəzi Bank tərəfindən aylıq hesablanır və yayımlanır. Şikayət indeksinin hesablanması beynəlxalq metodologiya əsasında aparılır və aktiv lisenziyaya malik sığorta şirkətlərinə daxil olan şikayətlər nəzərə alınır.

Şikayət indeksi şikayətlər üzrə bazar payının bağlanan müqavilələr üzrə bazar payına bölünməsi ilə hesablanır. Bu, şirkətlərin bazardakı mövqeyinə uyğun olaraq daxil olan şikayətlərin nisbətini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru