Bərdədə şəhid ailəsi ÇƏTİN DURUMDA - AXI NİYƏ?..

9-03-2025, 10:48           
Bərdədə şəhid ailəsi ÇƏTİN DURUMDA - AXI NİYƏ?..
Bərdə rayonu Qazıqurdalı kənd sakini Elman Qarayev evinin qəzalı vəziyyətdə olduğunu deyir. "DİA-AZ"ın məlumatına görə, Qarayev deyir ki, belə şəraitsiz vəziyyətdə böyütdüyü oğlu Elton Qarayev 44 günlük Vətən savaşı zamanı şəhid olub.
Şəhid atası deyir ki, martın 7-i övladının anım günü idi, lakin evi qəzalı vəziyyətdə olduğu üçün ziyarətə gələnləri çadır quraraq qarşılayıb.
Şəhid atası bildirir ki, prezident məmurlara şəhid və qazi ailələrinə qayğı göstərməyi dəfələrlə tapşırsa da, bəzi məmurlar özbaşnalığına davam edir. Qarayev deyir, ailənin evi təmir edəcək imkanı olmadığı üçün Bərdə raynunun icra hakimiyyətinə və digər qurumlara dəfələrlə müraciət etsə də, nəyinki kömək etmək, heç onu dinləməyiblər. Evinin hər an uçmaq təhlükəsinin olduğunu deyən şikayətçi, evinin uçaraq digər övladlarının da canını almadan prezidentə və aidiyyatı qurumlara müraciət edərək ona kömək etmələrini xahiş edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru