MİDA-nın şübhəli tenderlər seriyası... DAVAM EDİR...

9-03-2025, 11:28           
MİDA-nın şübhəli tenderlər seriyası... DAVAM EDİR...
"Mənzil İnşaatı Dövlət Agentliyi" MMC (MİDA) növbəti dəfə "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC ilə müqavilə imzalayıb.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, agentliyin elan etdiyi tenderin qalibi olan sözügüdən şirkət 1.569.400 manata güzəştli mənzil sisteminin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətini göstərəcək.

Müqavilənin müddəti 2026-cı ilin yanvar ayının 8-nə qədərdir.

Qeyd edək ki, "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC ilə bundan əvvəl 2020-ci ildə ümumi dəyəri 917 min manat, 2021-ci ildə 395 min 772 manat, 2023-cü ildə 964 min 296 manat, təşkil edən müqavilə imzalanıb. Ötən il MİDA və şirkət arasında 3 tender sazişi imzalanıb. Bu müqavilələrin isə toplam dəyəri 2 milyon 438 min 092 manat olub.

2017-ci ildən “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” MİDA-nın say baxımından ən çox müqavilə bağladığı qurumdur.

Yeri gəlmişkən, “Güzəştli mənzil” sistemi "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" tərəfindən qurulub. 2017-ci ildə proqram təminatının yazılması və sistemin işlək hala gətirilməsi üçün agentlik "R.İ.S.K. Elmi İstehsalat Şirkəti"nə 259,7 min manat ödəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru